Qazax Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub

  • By admin
  • 07 Dekabr 2021 11:08

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Baxışov Rəşad Soltan oğlu  Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Bu təyinata qədər Rəşad Baxışov Gəncə şəhər Baş polis İdarəsinin DYPŞ-nin YNH-si baş inspektoru vəzifəsində çalışıb.

Gununsesi.info