Hazırda Qazax və İcevan rayonlarının sərhədində Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib. Hadisə yerindən fotolar da yayımlanıb.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək.