Qazax rayon Prokurorluğunda istintaq edilən iş üzrə 15 yaşlı psixi xəstə Akşin Mustafayevin qanuni nümayəndəsi və atası Rafət Mustafayev vəkil Əziz Qənbərov vasitəsi ilə redaksiyamıza müraciət edib. Gununsesi.info-ya göndərilən müraciətdə bildirirli ki, Qazax rayon Prokurorluğundan ölkə rəhbərliyinə və Baş Prokurora şikayət edilib: “Rafət Mustafayev oğlu Akşin Mustafayevin psixi xəstəlikdən ciddi əziyyət çəkdiyini, qətl hadisəsində oğlunun tək olmadığını, Qazaxda banda yaradaraq soyğunçuluq və quldurluq həyata keçirən Nadir adlı şəxsin oğlunu cinayətə təhrik etdiyini və onunla birlikdə iştirak etdiyini, lakin Qazax rayon Prokurorluğu həmin şəxslərin barəsində tədbir görmək əvəzinə Nadirə vəkillik edir.
Müraciətdə həmçinin qeyd olunur ki, bundan başqa hadisəni görən şahidlərə Qazax rayon Prokuroru Əlirza Babayev şəxsən təsir edir: “Onların ifadələrinin Nadirin xeyrinə, Akşinin isə əleyhinə çevirmək üçün canfəşanlıq edir”.
Gununsesi.info