Qazax rayon sakinindən 1 ədəd “Naqan” markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd xəncəri 800 ABŞ dollarına satarkən tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Şahməddin Mustafayev 1 ədəd “Naqan” markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd xəncəri 800 ABŞ dollarına satarkən tutulub.
Anar
Gununsesi.info