Qazax sakinlərini aldadan keçmiş məmura cinayət işi açıldı

  • By admin
  • 17 Mart 2022 14:01

Qazax rayon sakinlərini işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax rayon prokurorluğundan Publika.az-a verilən xəbərə görə,araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Gununsesi.info