Qazaxda ağır yol qəzası baş verib

  • By admin
  • 10 Sentyabr 2016 11:26

Ucar qeza

Qazax rayonu, Canalı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus “Opel” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HTML tutorial

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Qəza zamanı avtomobilin sahibi 1975-ci il təvəllüdlü Amil Tapdıq oğlu Əhmədov və sərnişin 1981-ci il təvəllüdlü Xəyalə Mövsüm qızı Abbasova avtomobilin ağaca çırpılmasından kənara düşmüş və üzərilərinə ağac aşıb.

Hər iki cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən ağacın altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əməliyyat saat 00:32-də başa çatıb.

Gununsesi.info