Qazaxda ailəsi ilə istirahətə gedən şəxs göldə batıb

  • By ilhame
  • 14 İyul 2024 16:49

Qazaxda bədbəxt hadisə baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.

 

Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.

 

Onun şəxsiyyəti hələ məlum deyil, axtarışlar davam edir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info