Qazaxda avtomobil divara çırpılıb, 3 nəfər xəsarət alıb

  • By admin
  • 15 İyun 2018 15:00


Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb.

Qəza zamanı avtomobildə olan 3 nəfər – 1998-ci i təvəllüdlü Pərvin Nəsibov və onun həmyaşıdları Kamil Nuriyev və Ülvi Mansurov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info