Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb

  • By ilhame
  • 18 Noyabr 2023 21:51

Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb.

 

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonunun Daş Salahlı kənd ərazisində qeydə alınıb.

 

Belə ki, “Lifan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində 1984-cü il təvəllüdlü C.Əliyev və onun oğlu, 2009-cu il təvəllüdlü N.Əliyev xəsarət alıb.

 

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info