Qazaxda avtomobil qəzası oldu, xəsarət alanlar var

  • By admin
  • 04 Dekabr 2021 21:59

Qazax şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin “SU-15” adlanan ərazisində qeydə alınıb.

Avtomobil qəzası zamanı 1993-cü il təvəllüdlü Emil isgəndərov və 1969-cu il təvəllüdlü Rasim Çobanov xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info