Qazaxda azyaşlını maşın vurdu

  • By admin
  • 26 Sentyabr 2022 20:51

Qazaxda 10 yaşlı oğlanı maşın vurub.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Qazax şəhərində, dəmiryolu vağzalının yaxınlığında baş verib.

Hərəktədə olan minik maşını yolu keçmək istəyən 10 yaşlı oğlanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info