Qazaxda bədbəxt hadisə: qumbara partladı, yaralılar var

  • By admin
  • 23 Aprel 2022 18:27

Qazaxda bədbəxt hadisə baş verib.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.

İki yeniyetmə ərazidə mal-qara otaran zaman qumbara tapıblar. Partlayıcının işə düşməsi ilə onların xəsarət aldıqları bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info