Qazaxda bıçaqlanma hadisəsi BAŞ VERİB

  • By admin
  • 31 İyul 2022 09:43

Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info