Qazaxda GÜCLÜ YANĞIN: xəsarət alan var

  • By admin
  • 10 Oktyabr 2021 21:17

Qazax rayonunda baş vermiş yanğın söndürülüb.

Gununsesi.info xəbər verir ki, Cəfərli kənd sakininə məxsus fərdi evin həyətində olan 14 ton ot bağlamasından 7 tonu və yaxınlıqda olan ümumi sahəsi 21 kvadratmetr tövlənin 3 kvadratmetr dam örtüyü yanıb.

Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri isə araşdırılır.

Xatırladaq ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.

Gununsesi.info