Qazaxda iki avtomobil toqquşdu: ölən və yaralananlar var

  • Müəllif: admin
  • 26 İyul 2017 06:31

yollllllllllllllllllllllllllllllllll

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə hadisə yolun Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Qasımov Samir Bəhrəm oğlu hadisə yerində ölüb.

Qəza zamanı “Opel”in sürücüsü Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Elvin və sərnişin 1992-ci il təvəllüdlü Əhmədov Elvin müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Gununsesi.info