Qazaxda mikroavtobus minik maşını ilə toqquşub: xəsarət alanlar var

  • By admin
  • 17 Yanvar 2023 20:48

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

 

Hərəkətdə olan kiçik tutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Gununsesi.info