Qazaxda özünü körpüdən atan qadının kimliyi məlum olub – YENİLƏNİB - FOTO

  • By admin
  • 16 Sentyabr 2017 16:16

b3fc8d4b-6cd9-4738-bc94-d07697efc075
Qazax rayonunda intihar məqsədi ilə özünü körpüdən atan qadının kimliyi məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, intihara cəhd edən qadın rayonun SU-15 qəsəbəsi sakini, 37 yaşlı Yusibova Nəsibə Cavanşir qızıdır.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
N.Yusibovanın özünü körpüdən atmasının səbəbi hələlik məlum deyil.
*** 15:42
Qazax rayonunda qadın özünü körpüdən atıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun “Dəmiryolu körpüsü” adlanan ərazisində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Təxminən 20-25 yaşlı qadının intihar etmək məqsədi ilə özünü körpüdən atdığı bildirilib. Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alaraq Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun huşu özündə olmadığına görə kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info