Qazaxda pomidora bənzər badımcan yetişdirilib - FOTO

  • By admin
  • 10 Avqust 2016 11:18

pomidor

 

Qazaxda pomidora bənzəyən badımcan yetişdirilib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, rayon sakini Alim Əzizovun bağında əkdiyi toxum məhsul verən zaman görənlərin marağına səbəb olub.

Bu badımcan növü 1 kiloqrama yaxın böyüyə bilir. Rayon sakini badımcanın məhsuldar olduğunu deyir, 1 ştil 4-5 kiloqram bar verir. Dadı, tumlarının az olması onu yerli badımcandan fərqləndirir. Məhz bu xüsusiyyətinə görə alıcısı da çoxdur.

Alim Əzizov  bildirib ki, qərb bölgəsində ilk dəfə yetişdirilən bu badımcan növünün gələcəkdə geniş sahələrdə becərilməsi də mümkündür.

 

Gununsesi.info