Qazaxda qəza - 9 yaşlı uşaq xəsarət aldı

  • By admin
  • 30 Aprel 2017 23:42

 avtoqeza

 

Qazaxda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın  məlumata görə,  hadisə Ağstafanın Dağ Kəsəmən kəndindən Qazaxa gedən yolda qeydə alınıb.

Traktorla minik avtomobilinin toqquşması nəticəsində traktorda olan Dağ Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Fərid Ruslan oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Gununsesi.info