Qazaxda qadını ilan sancdı

  • By admin
  • 27 Oktyabr 2017 10:53

Qazax rayon sakinini ilan sancıb. 

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə Ceyrançöl düzünün Ağstafa rayonu ərazisindəki hissəsində qeydə alınıb.

Qazax rayon Daş Salahlı kənd sakini 1968-ci il təvəllüdlü Süleymanova Gültəkin Alosman qızı qoyun sürüsünü otaran zaman ilan onun sağ ayağından sancıb. Qadın dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Vəziyyəti kafi qiymətləndirilir.

Gununsesi.info