
İyulun 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Qazax rayonunun Fərəhli kəndində sərhəd zolağı boyunca quru otun yanması barədə məlumat verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən Modern.az-a bildirilib. dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı təxminən 5 hektar sahədə quru ot və kol-kos yanıb.