Qazaxda sex, Ağstafada ev yandı

  • By admin
  • 18 Avqust 2022 10:13

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan (fəaliyyət göstərməyən) ikimərtəbəli sexin dam örtüyünün taxta atmaları 500 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info