
Qazax rayon sakini “AK” markalı silahı, patron darağını və 11 ədəd patronu satarkən tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov “AK” markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.
Anar
Gununsesi.info