Qazaxın işğalda olan 7 kəndi necə qaytarılacaq? –Nazir müavini açıqlama verdi

  • By admin
  • 10 May 2022 11:54

“Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.

Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq.

X. Xələfovun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: “Bu istiqamətdə səylər davam etdirilir”.

Gununsesi.info