Qazaxın polis rəisi vəfat edib

  • By admin
  • 16 Dekabr 2016 11:33

polis

 

Qazax rayon Polis Şöbəsinin rəisi Natiq Həsənov vəfat edib.

Rayon Polis şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, polis polkovniki, 1964-cü il təvəllüdlü Natiq Həsənov Türkiyədə mədə əməliyyatı keçirib.

Azərbaycana qayıdandan sonra o, mədəsində baş verən qanaxma nəticəsində evində vəfat edib.

N. Həsənov bir il əvvəl Qazax rayonuna polis rəisi təyin edilib.

Bundan əvvəl Yevlax rayon Polis şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Gununsesi.info