Qazaxıstan Azərbaycan yığması ilə oyunun hazırlıqlarına başladı - FOTO

  • By admin
  • 02 İyun 2018 13:52

Qazaxıstan milli komandası Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, təlim-məşq toplanışına yerli “Astana”, “Kayrat”, “Tobol” və “Ordabası” komandalarından, həmçinin Rusiya “Ufa”sından çağırılmış 24 futbolçu qatılıb.

Yerli komanda bu il baş məşqçi Stanimir Stoilovun rəhbərliyi altında üçüncü matçını keçirəcək. İlk qarşılaşmasında Macarıstana 3:2 hesabı ilə qalib gələn kollektiv ardından Bolqarıstana uduzub – 1:2.

Qeyd edək ki, iyunun 5-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.