

Xəzər dənizi türkdilli ölkələrin aralarında ticarət dövriyyəsini artırmaq üçün böyük önəmə malikdir.
Gununsesi.info xəbər verir ki, bunu Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Aydar Aripxanov bu gün Bakıda Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 6-cı görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türkdilli ölkələrin öz aralarında ticarət dövriyyəsini artırmaq üçün Xəzər dənizi böyük önəm daşıdığından, artıq bu istiqamətdə ciddi işlər görülməkdədir. “Məhz bunun nəticəsidir ki, Aktau limanın inşası Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsini artırıb”- deyə, qazaxstanlı nazir müavini vurğulayıb.
A.Aripxanov onu da bildirib ki, hazırda Xəzər dənizində inşa olunan Kırık limanı da bu ticarət dövriyyəsini ikiqat artırmağa imkan verəcək.
Qazaxıstanlı nazir müavini də ölkəsinin türkdilli ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına dəstək verəcəyini bildirib. O, ölkəsinin bunun istiqamətdə görəcəyi tədbirlər barədə geniş danışıb.
Mürtəza
Gununsesi.info