Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

  • Müəllif: Firuzə
  • 24 Oktyabr 2025 12:01

Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Sazişə əsasən, tərəflər əməkdaşlığı neft-qaz, bərpa olunan enerji mənbələri və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirəcəklər.

Bildirilir ki, bu sənəd iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Gununsesi.info