Qazaxıstan bu gecədən vahid saat qurşağına keçir.
Gununsesi.info xəbər verir ki, hökumətin qəbul etdiyi qərara əsasən, fevralın 29-dan martın 1-nə keçən gecə ölkənin qərb bölgəsi istisna olmaqla, digər ərazilərdə saatlar bir saat geri çəkiləcək. Beləliklə, ölkə tamamilə qərb hissədə istifadə olunan saat qurşağına keçəcək.
Vətəndaşların mobil telefonlarına saat qurşağının dəyişdirilməsi ilə bağlı məlumatlar göndərilib.
Təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı isə “təcili xətt” yaradılıb. Banklar mobil tətbiqlərdə bəzi xidmətlərə girişdə məhdudiyyətlərin ola biləcəyini elan ediblər.
Gununsesi.info