Qazaxıstan bütün hava limanlarını açır

  • By admin
  • 25 May 2020 13:46

Mayın 25-dən Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb.

 

Gununsesi.org Modern.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, şəhərlər arasındakı uçuşların sayı müştərilərin istəkləri nəzərə alınaraq aviaşirkətlərlər tərəfindən təyin ediləcək.

Qeyd edilir ki, uçuşlar yüksək sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçirilir, hava limanlarında və təyyarələrdə geniş dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Qazaxıstanda koronavirusa 8 531 insan yoluxub. Onlardan təxminən 4352-si sağalıb, 35 nəfəri isə ölüb.

Gununsesi.org