Qazaxıstan DİN: “Etirazçılara qarşı ordudan istifadə edilmir”

  • By admin
  • 05 Yanvar 2022 13:59

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Gununsesi.info  “Zakon.kz”a istinadən xəbər verir ki, nazirlik bir müddət əvvəl sosial şəbəkədə Mangistau vilayətinə hərbçilərin yola düşdüyünə dair yayılan məlumatları təkzib edib.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında informasiyaların reallığı əks etdirmədiyini bildirib. Nazirlik xatırladıb ki, yalan məlumatı yayanlar məsuliyyət daşıyacaqlar.

Bildirilib ki, Almatı şəhərindəki iğtişaşlar nəticəsində 33 xüsusi təyinatlı avtomobil dağıdılıb və yandırılıb. Məlumata görə, onlardan 16-sı polis, 7-si təcili tibbi yardım, 2-si yanğınsöndürən, 7-si yük maşını və 1-i yanacaqdaşıyan avtomobildir. Vurğulanıb ki, iğtişaş zamanı 300-ə yaxın müəssisə, o cümlədən 120 dükan, 100-dən artıq ofis və 80 ictimai iaşə obyekti dağıdılıb.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Gununsesi.info