Qazaxıstan “erməni syoqırımı”nı rədd etdi

  • By admin
  • 27 İyun 2016 16:49

Kazakhstan-president-Nursultan-Nazarbayev

 

HTML tutorial

 

“Qazaxıstan 1915-ci il hadisələrindən təəssüflənir. Biz bilirik ki, soyqırım məsələsi Ermənistan üçün olduqca həssasdır. Lakin əgər biz soyqırımın tanınmasından danışırıqsa, bu sual ilk növbədə bu hadisəni törətməkdə şübhəli bilinən tərəfə ünvanlamalıdır”. Gununsesi.info-nun məlumatına görə, bu barədə bu gün “Armenpress” agentliyində keçirilən mətbuat konfransında Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev deyib.

“Qazaxıstan da 1920-1930-cu illərdə xeyli sayda itki verib. Bilirsiniz ki, Qazaxıstan əhalisinin 40%-i aclıqdan ölüb. Bizim cəmiyyətdə də qazax xalqına qarşına törədilmiş soyqırımın tanınması ilə bağlı fikirlər səslənir. Ancaq Qazaxıstan hökuməti sizin getdiyiniz yolla getmir. Soyqırımın törədilməsi ilə bağlı müzakirələr aparılan zaman ortaya bir sual çıxır: bu hadisəni kim törədib? Biz başqa ölkələrlə münasibətlərimizi korlayacaq addımları atmaq istəmirik. Bu, əlavə narazılıqların, problemlərin yaranmasına səbəb olacaq. Biz inanırıq ki, vaxt gələcək və Türkiyə ilə Ermənistan bu məsələdə ortaq məxrəcə gələcəklər”, – deyə diplomat bildirib.