Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.
Gununsesi.info bizim media-ya istinadla xəbər verir ki, bu barədə StopFake.kz ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Ermənistanda Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən bu ölkədən silah və hərbi texnikanın ixracına qadağa qoyub”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə və internet saytlarında Qazaxıstanın Ermənistana guya hərbi texnika tədarük etməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, “kz-expert.info” nəşri ilkin mənbəyə istinad etmədən yazıb ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Papikyan çıxışında İrəvanın Qazaxıstanı potensial hərbi təchizatçı hesab etdiyini bildirib.
Gununsesi.info