Qazaxıstan Ermənistanla hərbi əməkdaşlıq sənədini niyə imzaladı? – NONSENS

  • By admin
  • 24 Yanvar 2024 10:02

Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan Ermənistanla hərbi əməkdaşlıla bağlı sənəd imzalayıb. Özünü Türk dünyanısının bir parçası elan edən Qazaxıstanın ermənilərlə bu qədər yaxınlaşmaq istəyini anlamaq çətindir. 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla bu ölkənin hərbi sahədə əməkdaşlığı qəribə görünür. 

Yanvarın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Astanada rəsmi səfərdə olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın “DKNews.kz” portalı məlumat yayıb.

Portal xəbər verir ki, “Qazaxıstan və Ermənistan müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə müdafiə nazirliklərinin qarşılıqlı maraq doğuran perspektivli fəaliyyət istiqamətləri müzakirə olunub”.

Müzakirə nəticəsində Qazaxıstan və Ermənistan müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Qeyd edək ki, dünən keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin yeni müttəfiqlər axtardığını açıqlayıb. Onun sözlərinə görə, Ermənistan ilk növbədə təhlükəsizlik sahəsində problemləri həll etmək üçün yeni müttəfiqlər axtarır. 

Müttəfiq axtarışına çıxan Ermənistanın hərbi əməkdaşlıq etmək istəyi Qazaxıstan tərəfindən müsbət cavablandırılmalı deyildi. Təəssüf ki, Türk Dövlətləri Təşkilatının üzvü olan ölkə yalnız erməniləri sevindirə biləcək qərara imza atdı.

Gununsesi.info