Qazaxıstan istiqamətində yükdaşımalar 8 dəfə artıb

  • By admin
  • 11 Aprel 2017 15:44

gemi sefer

«Son üç il ərzində Gəmiçiliyin gəlirləri, xalis mənfəəti, dövlət büdcəsinə müxtəlif formada ödənişlər davamlı olaraq ilbəil artım dinamikası ilə inkişaf edir. Gəmiçiliyin 2016-cı il üçün mənfəəti 2015-ci il ilə müqayisədə iki dəfə artıb».

Gununsesi.info xəbər verir ki, bu haqda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirib.

R.Vəliyevin sözlərinə görə, təkcə 2016-cı il ərzində Gəmiçiliyin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri, ümumilikdə, 100 milyon manata yaxın məbləğ təşkil edib.

“Hazırda Gəmiçiliyin dövlət zəmanəti ilə xarici banklardan alınmış kreditləri, müddəti keçmiş və ya ödənilməmiş kredit öhdəlikləri yoxdur. Növbəti 5 il ərzində mövcud kreditlər və onların faizləri üzrə öhdəliklər Gəmiçiliyin illik gəlirinin yalnız 1,5 faizini təşkil edir”- deyə, sədr bildirib..

Yükdaşıma göstəricilərinə gəldikdə, gəmiçiliyin ayrı-ayrı yükdaşıma növlərində artım müşahidə olunur. 2015-ci illə müqayisədə 2016-cı ildə Gəmiçilik tərəfindən daşınan vaqonların miqdarında 18 faiz, avtotexnikanın sayında ümumilikdə 2,8 dəfə, o cümlədən Qazaxıstan istiqamətində isə 8 dəfəyə yaxın artım qeydə alınıb.

2017-ci ilin birinci rübündə də eyni artım tendensiyası müşahidə edilib. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə tankerlərlə 70 faizdən, quru yük gəmiləri ilə isə 8 faizdən çox yük daşınıb. Eyni zamanda daşınan vaqonların miqdarında 35 faiz, avtotexnikanın sayında isə 44 faiz artım olub.

 Vüsalə Rüstəmova

Gununsesi.info