Qazaxıstan kinosunun qızıl fondu yandırılıb

  • By admin
  • 07 Yanvar 2022 09:39

Almatıda baş verən iğtişaşlar nəticəsində Qazaxıstan kinosunun qızıl fondu yandırılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Atameken Business” telekanalı məlumat yayıb.

Telekanal qeyd edib ki, qızıl fondda qazax kinosunun şah əsərləri yer alıb. Eyni zamanda, telekanal Almatı hadisələri nəticəsində hansı filmlərin nüsxələrinin zədələndiyini və harada saxlandığını bildirməyib.

Gununsesi.info