Qazaxıstan nefti Azərbaycandan 2 kəmərlə nəql edilə bilər - Karabayev

Qazaxıstan və Azərbaycan Qazaxıstan neftinin Azərbaycan ərazisindən mümkün nəqli ilə bağlı danışıqlar aparır.

Gununsesi.info “trend”ə istinadla xəbər verir ki, bunu “KazMunayQaz” şirkətinin İdarə heyətinin sədr müavini Dauren Karabayev deyib.

HTML tutorial

Onun sözlərinə görə, Qazaxıstan neftinin nəqli barədə Azərbaycan tərəfi ilə danışıqlar müxtəlif səviyyələrdə, o cümlədən dövlət səviyyəsində, milli şirkətlər səviyyəsində davam etdirilir.

“Hələlik detallar razılaşdırılmalıdır, Azərbaycan tərəfi ilə razılıq əldə olunduqdan sonra ətraflı məlumat veriləcək. Məlum olduğu kimi Azərbaycanın iki neft kəməri var, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa. Bu xətlər potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər”, – deyə o bildirib.

Gununsesi.info