Qazaxıstan ölkəyə mühacirət edən ruslara qarşı tələbləri sərtləşdirib

Qazaxıstan hakimiyyəti daimi yaşayış icazəsinin verilməsi qaydalarına dəyişiklik edib, indi Qazaxıstanda uzunmüddətli yaşamaq üçün Rusiya vətəndaşlarına xarici pasport lazımdır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu barədə Respublika Daxili İşlər Nazirliyi məlumat yayıb.

Pasportun etibarlılıq müddəti ən azı 180 gün olmalıdır. Müvəqqəti yaşamaq icazəsi almaq üçün əcnəbinin məskunlaşmaq niyyətində olduğu mənzilin sahibinin, onun adından etibarnamə ilə çıxış edən şəxsin şəxsi iştirakı və ya mülkiyyətçinin notariat qaydasında təsdiq edilmiş razılığı da tələb olunur.

Eyni zamanda, hələ daxili pasportdan istifadə etməklə Qazaxıstana daxil olmaq, çıxmaq, tranzit keçmək, hərəkət etmək və müvəqqəti qalmaq mümkündür.

Qazaxıstan , səfərbərlikdən qaçan ruslar arasında ən populyar ölkələrdən birinə çevrilib. FSB sərhəd xidmətinin məlumatına görə, 2022-ci ilin üçüncü rübündə Qazaxıstana daxil olanların sayı son beş ildə rekordu vurub. Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkəyə 2,9 milyon Rusiya vətəndaşı daxil olub, onlardan 146 mini yerli VÖEN, 36 mini isə müvəqqəti yaşamaq icazəsi alıb.
Gununsesi.info