Qazaxıstan ölüm cəzasını ləğv etdi

  • By admin
  • 02 Yanvar 2021 20:50

Qazaxıstan ölüm cəzasını ləğv etdi. Prezidentin vebsəhifəsində şənbə günü dərc olunan bəyanata əsasən, avtoritar Orta Asiya ölkəsində iyirmi ildir dondurulan edam cəzası həmişəlik ləğv edilib.

Bəyanatda bildirilir ki, Prezident Qasım-Comərd Tokayev Mülki və Siyasi Hüquqlaü üzrə Beynəlxalq Sazişin İkinci Könüllü Protokolunun parlament tərəfindən imzalanmasını təsdiqləyib. Bu sənədi imzalayan ölkələr edam cəzasının ləğv etməyi qəbul edir.

Qazaxıstanda 2003-cü ildən bəri edamlar dayandırlıb, lakin məhkəmələr terror kimi müstəsna hallarda mühakimə olunanları ölüm cəzasına məhkum etməyə davam edirdi.

2016-cı ildə Qazaxıstanın ən böyük şəhəri olan Almatıda baş verən silahlı qırğın zamanı səkkiz polis işçisi və iki mülki vətəndaşı öldürən Ruslan Kulekbayev ölüm cəzası ləğv olunmasa edam olunacaq məhkumlar arasında idi.

İndi Kulekbayevin ölüm cəzası ömürlük həbs cəzası ilə əvəzlənəcək.

Gununsesi.info