Qazaxıstan pedofil, ekstremist və terrorçuların ölkəyə girişini qadağan edəcək

  • By admin
  • 14 Fevral 2024 13:23

Qazaxıstan parlamenti ikinci oxunuşda əhalinin miqrasiyası və cinayət islah sistemi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi haqqında qanun qəbul edib.

Gununsesi.info “Kazinform” agentliyinə istinadən xəbər verir ki, sənəd yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli bilinən şəxslərin Qazaxıstana daxil olması, eləcə də vətəndaşlığına qəbul imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutur.

Bundan əlavə, ekstremist və ya terrorçu fəaliyyətlə məşğul olan əcnəbilərin ölkəyə gəlməsi qadağandır.

Sənəd Senatın (yuxarı palata) baxılması üçün göndərilib.

Gununsesi.info