Qazaxıstan prezidenti azərbaycanlı milyarderi qəbul etdi

  • By admin
  • 02 Fevral 2022 12:00

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Kasım-Jomart Tokayevə neft şirkətinin Qazaxıstandakı fəaliyyətinin nəticələri və karbohidrogen sektorunda bir sıra birgə layihələrin həyata keçirilməsi planları haqqında hesabat təqdim edilib.

Vahid Ələkbərov dövlət başçısına “KazMunayQaz” milli şirkəti ilə “Lukoyl” arasında Xəzər dənizinin Qazaxıstan sektorunda həyata keçirilən layihələr üzrə dinamik inkişaf edən əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, “Zhenis” və “Əl-Farabi” layihələri üzrə yerin təkindən istifadəyə dair müqavilələr imzalanıb və işlərə başlanılıb. “Lukoyl” həmçinin Qazaxıstanla “Kələmkəs-dəniz” və “Xəzər” dəniz yataqlarının işlənməsində strateji tərəfdaşdır.

Tokayev Qazaxıstan şirkətlərinin və yerli əmək resurslarının subpodrat işlərinin həyata keçirilməsinə maksimum cəlb edilməsinin vacibliyini qeyd edib.

Gununsesi.info