Qazaxıstan prezidenti hökuməti istefaya göndərdi

  • By admin
  • 05 Yanvar 2022 06:09

Qazaxıstanda hökumət istefa verib.

Gununsesi.info xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-i hökumətin istefasını qəbul edib.

Məlumata görə, indiki hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.

Alixan Smailov müvəqqəti olaraq Qazaxıstanın Baş naziri vəzifəsini icra edəcək. Smailov bu vəzifəyə qədər Baş nazirin birinci müavini olub.

Gununsesi.info