Qazaxıstan Prezidenti koronavirusa yoluxan səhiyyə nazirini istefaya göndərdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Səhiyyə naziri Elcan Birtanovu istefaya göndərib.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, buna səbəb Səhiyyə nazirinin koronavirusa yoluxması olub.

Vəzifədən azad edilən nazir hazırda infeksion stasionarlardan birində müalicə alır.

 

 

Gununsesi.org