Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev gələn həftə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək.
Gununsesi.info “Reuters” -a istinadən xəbər veri ki, bu barədə dövlət qurumları məlumat verib.
Bildirilib ki, Sankt-Peterburqdakı SPİEF-də Qazaxıstanı yalnız iki məmur təmsil edəcək.
Sankt-Peterburqa yalnız Qazaxıstan baş nazirinin müavini Roman Sklyar və İqtisadiyyat Nazirinin müavini Timur Jaksılıkovun gedəcəyi güman edilir.
SPIEF 14-17 iyun tarixlərində keçiriləcək.
Qeyd edək ki, SPIEF Rusiyada ən böyük çoxgünlük iqtisadi forumdur.
Tərcüm
Şəbnəm
Gununsesi.info