Qazaxıstan prezidenti Rusiyanın “Aleksandr Nevski” ordenindən imtina edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “Aleksandr Nevski” ordenini almaqdan imtina edib. 

Gununsesi.info bildirir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, prezident Tokayev səlahiyyəti müddəti ərzində heç bir dövlət və xarici mükafatları qəbul etməyəcəyi barədə qərar verib.

Açıqlamada deyilir ki, buna görə də Tokayev Rusiyanın mükafatla bağlı təqdimatından imtina edib.

Gununsesi.info