Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallara reaksiya mərkəzinin videokonfrans vasitəsilə təcili iclasını keçirib.
Gununsesi.info xəbər verir ki, məlumatda görə, fövqəladə vəziyyət rejiminin pozulmasına görə 2161 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Antiterror əməliyyatı başlayandan ölkə üzrə 412 ibtidai araşdırma aparılıb. Silahlı Qüvvələr antiterror əməliyyatının keçirilməsində Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinə köməklik göstərir. Ötən 24 saat ərzində 11 kənd yaşayış məntəqəsində keçirilən nəzarət-buraxılış məntəqələrində 38 nəfər saxlanılıb. Onlardan 23-də kiçik silahlar və soyuq silahlar olub. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, ölkədə ümumilikdə vəziyyət sabitləşir, dağıdıcı nümayişlər qeydə alınmayıb.
Gununsesi.info