Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkə vətəndaşlarına daha bir müraciəti olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “ZTB Qazaqstan” teleqram kanalı yayıb.
Tokayevin çıxışı bu gün Bakı vaxtı ilə 17:00-da respublika kanallarında yayımlanacaq.
Xatırladaq ki, Tokayev Qazaxıstanda yanvarın 2-dən etibarən keçirilən kütləvi etiraz aksiyaları fonunda artıq iki dəfə xalqa müraciət edib. O, çıxışı zamanı ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Gununsesi.info