Qazaxıstan Putinin Ukraynaya qoşun yeritmək xahişini rədd edib

  • By admin
  • 26 Fevral 2022 09:47

Qazaxıstan hökuməti Moskvanın Ukraynaya qoşun yeritmək xahişini rədd edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Məlumata görə, Qazaxıstan Ukrayna ərazisində genişmiqyaslı müharibədə iştirak etməyə razı olmayıb. Bununla yanaşı, Qazaxıstan hökuməti “LXR” və “DXR”-i tanımadığını təsdiqləyib.

Qazaxıstanın öz ənənəvi müttəfiqinə verdiyi cavab ABŞ-ın təəccübünə səbəb olub. Vaşinqton Qazaxıstanın həm qoşunlar, həm də “respublikalar”la bağlı qərarını alqışlayıb.

Gununsesi.info