Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik etdi

  • By admin
  • 08 Noyabr 2021 09:47

Qazaxıstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edib.

Səfirliyin yaydığı təbrik mətnində deyilir.

“Qazaxıstan səfirliyinin kollektivi bütün qardaş Azərbaycan xalqını tarixi hadisə – Zəfər Gününün birinci ildönümünün sevinclə qeyd edilməsi və qarşıdan gələn milli bayramlar – Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir. Səmimi qəlbdən hər kəsə sülh, xoş günlər, əmin-amanlıq, bütün işlərdə böyük nailiyyətlər və uğurlar arzulayırıq!”.

Gununsesi.info