Qazaxıstan Türkiyəyə 1 milyon dollar məbləğində yadım ayırıbQazaxıstan Türkiyəyə 1 milyon dollar məbləğində yadım ayırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə yardım üçün 1 milyon dollar ayırmağı tapşırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

“Qazaxıstanın dövlət başçısı fəlakətli zəlzələ nəticəsində zərərçəkmiş Türkiyə Respublikasına təcili yardımın göstərilməsi üçün hökumətə 1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını tapşırıb.

Həmçinin Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, – deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.

Gununsesi.info